Xəbərlər
Şahin Mustafayev: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/253c6c2dc9c59bf1385fd0b84a7a973c.jpg&w=360)
Cari ilin ilk 2 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 340 milyon dollar olub.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 4-də Bakıda keçirilən "Rusiya-Azərbaycan əməkdaşlıq forumu"nda deyib.
Nazir qeyd edib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-dək Rusiya kapitallı müəssisə fəaliyyət göstərir.
“Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırıb. Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun həcmi isə 1,2 milyard dollardan çoxdur. Ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,5 milyard dollar təşkil edib”, - deyə Ş.Mustafayev bildirib.