Xəbərlər
Ötən il İsraildən Azərbaycana 40 mindən çox turist gəlib
2018-ci ildə İsraildən Azərbaycana 40 mindən çox turist gəlib.
Bu barədə aprelin 4-də Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbirdə vergilər naziri Mikayıl Cabbarov deyib.
“Bu, 2017-ci ilə nisbətən 25 min artım deməkdir. Belə ki, 2017-ci ildə İsraildən ölkəmizə 15 min turist gəlib”, - deyə nazir qeyd edib.