YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankı: Azərbaycanda iqtisadi artım sürətlənəcək

Asiya İnkişaf Bankı 2019-ci ildə Azərbaycanda iqtisadiyyatın 2,5 faiz artacağını proqnozlaşdırır. Bu barədə bankın hesabatında qeyd olunub.

Hesabata əsasən, 2020-ci ildə isə ölkə iqtisadiyyatı 2,7 faiz artacaq.

Bildirilir ki, Azərbaycanda xidmət və kənd təsərrüfatı sahələrində genişlənmənin davam etməsi, sənayedə isə daralmanın azalması fonunda 2018-ci ildə ÜDM-in artımı güclənib. Manatın məzənnəsinin stabilliyi sayəsində inflyasiya dərəcəsi sabitləşdirilib, neft qiymətlərinin yüksəlməsi isə cari əməliyyatlar hesabındakı profisitin artmasına gətirib çıxarıb.

2019-2020-ci illərdə dövlət xərclərinin, qaz istehsalının və qeyri-neft sektorunun genişlənməsi fonunda artım tempinin müəyyən dərəcədə artacağı, qaz ixracatının genişlənməsi sayəsində isə cari əməliyyatlar hesabındakı profisitin daha da yüksələcəyi proqnozlaşdırılır.

 

Hesabatda qeyd olunur ki, dominantlıq təşkil edən neft sektorunda 0,6%, iqtisadiyyatın digər sahələrində isə 1,8% həcmində artım sayəsində artım tempi 2017-ci ildəki cüzi 0,1%-dən 1,4%-dək sürətlənib.

Təklif baxımından 2017-ci ildəki 3,6%-lik azalmadan sonra bərpa olunmuş sənayedə cəmi 0,4% səviyyəsində daralma müşahidə olunub. O cümlədən mədənçıxarma sənayesində bərpa ilə istehsal sahələrində 7,9%-lik artım inşaat sektorunda kəskin azalmanı əsas etibarilə neytrallaşdırıb.

İri dövlət investisiya layihələrinin başa çatdırılması ilə əlaqədar əsaslı xərclərin azalması nəticəsində inşaat sektorunda daralma 2017-ci ildəki 1,5%-dən 9%-dək genişlənib. Kənd təsərrüfatı fermerlərə, xüsusilə 6,8% artmış taxıl istehsalına dövlət dəstəyi səbəbindən 2017-ci ildəki 4,2%-dən 4,6%-dək artıb. Xidmət sektorunda artım tempi, turizm və nəqliyyat sahələrində genişlənmə sayəsində 3,5% səviyyəsində qərarlaşaraq yüksək olaraq qalmaqdadır.

Orta illik inflyasiya dərəcəsi neft ixracatı üzrə qiymətlərin yüksəlməsi və məzənnənin sabitləşdirilməsi məqsədilə dövriyyədə olan valyutanın həcminə nəzarətin gücləndirilməsi sayəsində 2017-ci ildəki 12,9%-dən 2,3%-dək, baza inflyasiyası isə 1,8%-dək kəskin surətdə azalıb.