Xəbərlər
Elmar Məmmədyarov Moskvada MDB-nin XİN Şurasının iclasında iştirak edəcək
Aprelin 5-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.