YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litvalı nazir: Azərbaycanın inkişaf modeli ilə yaxından maraqlanırıq

Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevin bu ölkənin kənd təsərrüfatı naziri Hedrius Surplis ilə görüşündə aqrar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Biz kənd təsərrüfatı sahəsindəki təcrübələrimizi Azərbaycan ilə bölüşməkdən daim məmnunuq”, - deyən litvalı nazir Azərbaycanın da inkişaf modeli ilə yaxından maraqlandıqlarını bildirib. O, ölkəsinin Azərbaycan sərmayələrinə açıq olduğunu vurğulayıb.

Görüşdə qeyd olunub ki, Litva Kənd Təsərrüfatı Nazirliyinin Milli Ödəniş Agentliyi İtaliya və Polşanın müvafiq qurumları ilə birlikdə Azərbaycanda Avropa İttifaqının “Tvinninq” layihəsinin həyata keçirilməsi üçün seçilib. Nazir vurğulayıb ki, bu layihə litvalıların aqrar sahədə Azərbaycanda həyata keçirdikləri ilk iş deyil.

Səfir T.Qarayev, öz növbəsində bildirib ki, Azərbaycan Litva ilə yalnız ərzaq təhlükəsizliyi, keyfiyyət və fitosanitariya sahəsində əməkdaşlıq haqqında razılaşma imzalamaqla kifayətlənmək istəmir. Ölkəmiz, həmçinin kənd təsərrüfatı institutları arasında əməkdaşlığın inkişaf etdirilməsində, kənd təsərrüfatı və qida məhsullarının ticarətinin həcminin artırılmasında maraqlıdır. Yaxın zamanlar üçün nəzərdə tutulan planlar arasında Azərbaycanın Vilnüsdə Ticarət Evinin açılması da var.

Məlumat üçün bildirək ki, 2017-ci illə müqayisədə Litvadan Azərbaycana ixrac olunan məhsulların həcmi 27,5 faiz artaraq 4,1 avro təşkil edib.