Xəbərlər
Azərbaycanın müdafiə naziri BMT baş katibinin köməkçisi ilə görüşüb
ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da BMT baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib və hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunub.