Xəbərlər
Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Vyanada görüşü keçiriləcək

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.