YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Cabbarov: İnformasiya təhlükəsizliyinin idarə edilməsinə dair təlimlər davamlı keçiriləcək

Azərbaycanda ilk dəfə informasiya təhlükəsizliyinin idarə edilməsinə dair təlim təşkil edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən təlimin əsas məqsədi yeni mütəxəssislərin hazırlanmasını, bu sahədə çalışanların inkişafını, daha da təkmilləşdirilməsini və beynəlxalq sertifikatlaşdırılmasını təmin etməkdir.

Bu sözləri İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabbarov deyib.

İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərinin yerli mütəxəssislər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan mütəxəssis bu cür təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib: “Belə təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Tədbir vasitəsilə yerli mütəxəssislər dünyada qəbul olunmuş informasiya təhlükəsizlik standartını öz təşkilatlarında qurmaq, onu audit etmək biliklərinə sahib olacaqlar. Sonda beynəlxalq imtahan keçiriləcək və onlara beynəlxalq sertifikatlar təqdim ediləcək”.