Xəbərlər
Bu il 2 milyondan çox vətəndaşa dövlət büdcəsindən əlavə 1 milyard manatdan artıq vəsait yönəldilir
Cari ilin iki ayı ərzində Prezident İlham Əliyev tərəfindən ciddi sosial paket həyata keçirilib. Sosial müavinatların, pensiyaların, əməkhaqlarının və digər ödənişlərin ünvanlı olaraq 2 milyondan çox insanın dövlət büdcəsindən əlavə 1 milyard manatdan artıq vəsait yönəldilir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
“Bu, cidd sosial paketdir. Problemli kreditlərin həlli ilə bağlı fərman 850 min insanı əhatə edəcək. Bütün bu işlər 2019-cu ildə nəzərdə tutulmuş dövlət büdcəsindən xərclərlə bağlıdır. İstənilən sosial paketin arxasında ciddi iqtisadi nailiyyətlər və onun gətirdiyi gəlirlər dayanır. Heç bir sosial paket dayanıqlı maliyyə mənbəyi olmadan həyata keçirilə bilməz”, - deyə V.Qasımlı bildirib.