YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var

Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib: "Biz 1988-ci il Sumqayıt hadisələrinin yalançı təbliğatının şahidi olmuşuq. Qəribədir ki, Ermənistanda heç kim, hətta diaspora Eduard Qriqoryanın yerini bilə bilə ona suallar verməyib. Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var".