YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Problemli kreditlərlə bağlı Fərman 900 minədək insanı əhatə edir

Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman 900 minədək insanı əhatə edir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə ki, Fərman 900 minədək insanı əhatə edir. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək.