Xəbərlər
Türkiyə hökuməti: Xocalıdakı soyqırım bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biridir
Xocalıdakı soyqırım bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biridir.
Bunu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyə hökumətindən deyiblər.
Qeyd olunub ki, Türkiyə dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Xocalıdakı soyqırıma düzgün qiymət verməyə çağırır:
“Türkiyə Azərbaycanın kədərini unutmayıb və unutmayacaq, əvvəllər olduğu kimi də ən çətin anlarda Azərbaycanı dəstəkləyəcək”.