Xəbərlər
Azərbaycanın xarici işlər naziri BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirak etmək üçün Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun sessiyanın yüksək səviyyəli seqmentində çıxış etməsi, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.