Xəbərlər
Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncama əsasən, iki nəfərə general-mayor ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə xidməti vəzifələrini və qarşıda qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, səkkiz nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.