Xəbərlər
Elman Rüstəmov: Keçən il orta illik inflyasiya 2,3 faiz təşkil edib
2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
O bildirib ki, ötən il inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib: “Keçən il orta illik inflyasiya 2,3 faiz təşkil edib. 2018-ci ildə inflyasiya 6,8 faiz proqnozlaşdırılsa da, dövr ərzində manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması inflyasiyaya azaldıcı təsir edib”.