Xəbərlər
Elman Məmmədov: Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin taleyini yaşamaq istəmirsə işğalçılıq siyasətindən əl çəkməlidir
“Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü müsbət haldır”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, bugünlərdə xarici işlər nazirlərinin görüşü, həmsədrlərin bəyanatı müəyyən məqamlardan xəbər verir. Onun sözlərinə görə, Ermənistan konstruktiv mövqe tutarsa münaqişənin diplomatik yolla həlli prosesində irəliləyiş baş verə bilər.
“Bu danışıqlar nəticə verməlidir. Əvvəlki illərdə də biz danışıqlar prosesinin xeyli fəallaşdığını müşahidə etmişik. Amma Sarkisyan rejiminin qeyri-konstruktivliyi nəticəsində hər dəfə proses pozulub. Bir reallıq qəbul olunmalıdır ki, münaqişənin həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmalıdır. Həmsdərlər ilk olaraq öz funksiylarını yerinə yetirməlidirlər. Onların əsas vəzifələri isə münaqişənin beynəlxalq hüquq normaların uyğun olaraq həll olunmasıdır. Əgər ermən tərəfi beynəlxalq hüquq normalarına əməl etmirsə, təzyiq edilməli, sanksiyalar tətbiq olunmalıdır. Əgər Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin taleyini yaşamaq istəmirsə işğalçılıq siyasətindən əl çəkməlidir”-deyə, deputat qeyd edib.