YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir

“Regionun lider dövləti olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin qüdrəti mütəmadi olaraq artır. Azərbaycanın dinamik inkişafını, bütün sahələrdə ardıcıl və mühüm nailiyyətlərin əldə olunmasını təmin edən başlıca faktorlardan biri davamlı islahatların həyata keçirilməsidir”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, ölkəmizdə dərin iqtisadi, hüquqi və institusional islahatlar müvəffəqiyyətlə həyata keçirilir. Struktur islahatları da məhz bu islahatların davamıdır. Onun sözlərinə görə, struktur islahatları çərçivəsində dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, bu islahatların nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək.

“Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti və nəticələri nüfuzlu reytinq agentliklərinin müvafiq hesabatlarında da əks olunur, yəni beynəlxalq səviyyədə də olduqca yüksək dəyərləndirilir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb. Bütövlükdə, həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycanda reallaşdırılan struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir”, - deyə M.Xəlilov vurğulayıb.