Xəbərlər
2018-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 14,7 faizini dövlət bankları həyata keçirib
2018-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 14,7 faizini (1 848,7 milyon manat) dövlət bankları həyata keçirib.
Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, kredit qoyuluşunun 10 323,4 milyon manatı özəl bankların, 3 385,9 milyon manatı xarici kapitallı bankların payına düşüb. Kredit qoyuluşunun 392 milyon manatını isə qeyri-bank kredit təşkilatları həyata keçirib.