Xəbərlər
“ASAN Viza” beynəlxalq mükafata layiq görülüb
“Dövlət-Özəl Tərəfdaşlıq” prinsipi əsasında yerinə yetirilmiş layihəyə görə, “Beynəlxalq Caspian Business Award 2018” müsabiqəsində “İlin layihəsi” nominasiyasının qalibi “ASAN Viza” olub.
Müsabiqənin təşkilat komitəsindən verilən məlumata görə, mükafata “ASAN Viza” layihəsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və SİNAM şirkəti layiq görülüb.
“ASAN Viza” layihəsinin yüksək qiymətləndirilməsi həmin layihə çərçivəsində qlobal müstəvidə geniş yayılmış “Dövlət-Özəl Tərəfdaşlıq” prinsipinin tətbiqi ilə əlaqədar olub.