YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin xatirəsi Strasburqda da yad edilib

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasimində Strasburqda işgüzar səfərdə olan Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli, Elşad Həsənov, bu şəhərdəki nümayəndəliyimizin əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Ulu Öndərin keçdiyi şərəfli həyat yoluna nəzər salınıb, onun rəhbərliyi altında əldə olunmuş uğur və nailiyyətlər xatırlanıb. Heydər Əliyevin ən dəyərli varisi olan müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs olunub.

Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov dahi dövlət xadimi Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin tərəqqisi və inkişafı naminə göstərilmiş səylərdən söz açıb. Bu günədək xalqımızın Ümummilli Liderin uzaqgörən siyasətinin nəticələrindən bəhrələndiyini bildirib. Avropa Şurasına üzv qəbul edilməsi ərəfəsində ölkəmizin üzləşdiyi ciddi maneə və çətinliklərdən söz açan F.İsmayılov vurğulayıb ki, məhz Heydər Əliyevin qəti iradəsi və təkrarsız diplomatik məharəti sayəsində Azərbaycan bu önəmli təşkilata tamhüquqlu üzv olub.

“Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”, - deyə səfir Ulu Öndərin bu tarixi hadisə ilə bağlı fikrini xatırladıb. Heydər Əliyev dühasının işığında irəliləyən Azərbaycanın dünyaya örnək olduğunu bildirilib.

Sonra Milli Məclisin nümayəndə heyəti adından çıxış edən deputat Cavanşir Feyziyev fenomenal dövlət xadimi Heydər Əliyev haqqında fikir və düşüncələrini bölüşüb. Ümummilli Liderin xalqımızın rifahı naminə gördüyü əvəzsiz işlərdən danışıb. Zaman keçdikcə Ulu Öndərin Azərbaycan naminə həyata keçirdiyi tarixi fəaliyyətlərinin əhəmiyyətinin və miqyasının böyüklüyünün daha qabarıq şəkildə göründüyünü qeyd edib. İndiki və gələcək nəsillərin Heydər Əliyevin keçdiyi həyat yolunu vətənpərvərlik dərsi kimi dərindən öyrənmələrinin vacibliyini diqqətə çatdırıb. C.Feyziyev tədbirdə iştirak edən soydaşlarımıza səslənərək, onları vətənimiz Azərbaycanın uğuru üçün səylərini birləşdirməyə çağırıb.