YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Zaman keçdikcə biz Ümummilli liderimizin fəaliyyətinin mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq

“Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərən Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur”. Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov  bildirib ki, zaman keçdikcə biz Ümummilli liderimizin fəaliyyətinin mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq.

“Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O, hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Müasir müstəqil Azərbaycan dövlətinin yaranması, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi Heydər Əliyevin uzaqgörən fəaliyyətinin, mübarizəsinin, cəsarətinin və böyük siyasi iradəsinin nəticəsidir. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi kimi, Azərbaycan sürətli və yüksək inkişaf yoluna qədəm qoyub, qazanılan nailiyyətlər bütün sferaları əhatə edir. Təbii ki, bütün bu nailiyyətlər və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Heydər Əliyevin parlaq ideyaları həmişə bu inkişaf və tərəqqinin önündə gedəcək”, - deyə N.Cəfərov qeyd edib.