YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək

2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək. Bu iş həm vətəndaş cəmiyyəti, həm də vergiödəyiciləri və ayrı-ayrı klasterlərlə müxtəlif formatlarda həyata keçiriləcək.

Bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib.

Nazir deyib ki, maarifləndirmə tədbirləri zamanı ictimai kommunikasiya formatından – vergiödəyiciləri ilə görüşlər, “dəyirmi masa”lar, konfrans¬lar və digər formalardan da istifadə oluna bilər. Bütün hallarda maarifləndirmə işi daimi olacaq.

M.Cabbarov, həmçinin əlavə edib ki, izahat işlərində istər ənənəvi KİV-lərin, istərsə də yeni nəsil sosial medianın rolu çox vacibdir.

“Etiraf etməliyik ki, bir çox hallarda vergiödəyicisinin vergi ödənişinin əhəmiyyəti, onun zərurəti barədə tam anlayışı olmur. Ona görə də biz bu işi daim diqqət mərkəzində saxlayırıq və saxlayacağıq”,- deyə nazir vurğulayıb.