YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Kiselyov: Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasına mühüm töhfə verib

Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda deyil, daha geniş regionda da sülh amilidir.

Bu barədə “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, Ümumrusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin baş direktorunun müavini, populyar televiziya aparıcısı Dmitri Kiselyov “Vestnik Kavkaza”nın müxbiri ilə müsahibəsində bildirib.

“Hazırda Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda deyil, daha geniş regionda da sülh amilidir. Məsələn, Azərbaycan Rusiya və İran arasında xüsusi vasitəçi qismində, hətta bizim üçtərəfli layihələrdə tərəfdaş kimi də tam uğurla iştirak edir”, - deyə D.Kiselyov bildirib.

Rusiyalı jurnalist xüsusi vurğulayıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında müasir qarşılıqlı faydalı strateji münasibətlərin qurulmasına mühüm töhfə verib. “Mənə elə gəlir ki, o, əlaqələrin sağlam bünövrəsini qoyub. Heydər Əliyevin ideyası Rusiya-Azərbaycan-İran münasibətləri üçbucağını qurmaqdan ibarət idi. Bu, olduqca balanslaşdırılmış üçbucaq oldu və onun sayəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində nizama salma amili oldu”, - deyə jurnalist vurğulayıb.

“Prezident İlham Əliyev bu istiqamətdə öz atasının siyasi xəttini davam etdirir. Azərbaycan olduqca sürətlə inkişaf edir, beynəlxalq arenada özünü inamlı hiss edir, ölkə daxilində isə sabit və balanslaşdırılmış cəmiyyət mövcuddur. Hesab edirəm ki, bu, hazırkı iqtidarın böyük xidmətidir”, - deyə Dmitri Kiselyov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv