Xəbərlər
Oqtay Əsədov: Rusiya-Azərbaycan əlaqələrini pozmaq mümkün deyil
“Konstantin Zatulin Rusiya Dövlət Dumasınınü üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dümasına üzv seçilib”. Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
O.Əsədov bildirib ki, Zatulin MDB-yə dəxli olmayan, amma bu təşkilatın adına uyğun institut yaratmışdı ki, həmin institut erməni diasporu tərəfindən maliyyələşirdi: "Mən həmin siyahıya baxanda burada ruslardan başqa bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazarevin özü də ermənidir. Məsələ bizə aydındır".
Spiker qeyd edib ki, belə cılız münasibətlərlə Rusiya-Azərbaycan əlaqələrini pozmaq mümkün deyil: "Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.