Xəbərlər
Doqquz ayda Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsi 57 faiz artıb
Bu ilin 9 ayı ərzində Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsi 57 faiz artıb.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"İndiyədək Polşa Azərbaycana 20 milyon dollardan çox, Azərbaycan isə Polşaya 6,5 milyon dollar investisiya yatırıb. Hazırda Azərbaycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir", - deyə nazir qeyd edib.