Xəbərlər
Türkiyəli nazir: "Bakutel" sərgisi Türkiyə şirkətlərinin əməkdaşlıq imkanlarını genişləndirən mühüm tədbirdir
"Bakutel-2018" sərgisi Türkiyənin rabitə və texnologiya sahəsində fəaliyyət göstərən şirkətləri üçün geniş əməkdaşlıq imkanları yaradır.
Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sərgidə iştirak edən Türkiyə şirkətləri hazırladıqları məhsulları, inkişaf etdirdikləri xidmət sahələrini təqdim etmək imkanı əldə ediblər. Həmçinin burada digər şirkətlərlə fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıq imkanları qazanmaq üçün əlverişli şərait mövcuddur.