YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: “Kiçik və Orta Biznesin Dostu” xidməti sahibkarlar üçün vacib layihədir

“ “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidməti sahibkarlar üçün vacib layihədir”. Bu fikri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki,  sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması da bu məqsədə xidmət edir.

“ “KOB Dostu” sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. Artıq ilk “KOB Dostu” Masallıda fəaliyyət göstərməklə sahibkarlarla sıx və səmərəli əməkdaşlıq edir. Masallı, Xaçmaz və Siyəzən rayonları ilə yanaşı, ölkənin digər iri şəhər və rayonlarında da “KOB Dostu” və Agentliyin digər dəstək mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır”-deyə, O.Məmmədov vurğulayıb.