YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində anneksiya siyasəti yürüdür

“Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində anneksiya siyasəti yürüdür, qeyri-qanuni fəaliyyətlər həyata keçirir. Bununla o, işğal əsaslanan status-kvonu möhkənləndirməyə çalışır. Rəsmi Bakıda xüsusilə ciddi narahatlıq yaradan məsələ Suriya ermənilərinin işğal altındakı ərazilərdə məskunlaşdırılması, bu ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsidir. Humanitar hüquqa və Cenevrə Konvensiyalarına əsasən, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət qadağandır. İşğal altındakı ərazilərdə mineral sərvətlərin istismarı və onların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrinə qeyri-şəffaf şəkildə ixrac edilməsi də ciddi narahatlıq yaradır. Bununla yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının əsrlərlə mövcud olan mədəni irsini məhv edir. Onlardan bəzilərinin bərpası artıq mümkün deyil. Sülh prosesinə xələl gətirməklə bərabər, Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfərlər və bu ərazilərdə qanunsuz əməllərin həyata keçirilməsi etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının kollektiv hüquqlarının pozulmasıdır”. Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə müsahibəsində bildirib.

 

 

DİGƏR Xəbərlər Arxiv