Xəbərlər
Azərbaycanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT-in Nazirlər Şurasının 25-ci iclasında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 25-ci iclasında iştirak etmək üçün İtaliyanın Milan şəhərinə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclas çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.