YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan xalqına xas olan dəyərlər sülh şəraitində birgəyaşayışın yüksək nümunəsidir

“Azərbaycan hər zaman müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı ölkələrdən biri olub”. Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan xalqına xas olan tolerantlıq dəyərləri ölkəmizdə bu günə qədər sülh şəraitində birgəyaşayışın və mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olub.

“Ölkəmizdə dini məsələlərlə bağlı düzgün siyasət aparılır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənib, eləcə də icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb. Azərbaycanda dövlət-din münasibətlərinin modeli zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib. Bu gün ölkəmizin tolerantlıq və multikulturalizm modeli dünyada yüksək qiymətləndirilir. Tarixi-mədəniyyət abidələrinin, məscidlərin və ziyarətgahların, yəhudi və xristian məbədlərinin yenidən qurulması və bərpası Azərbaycanın dinlərə qarşı mövqeyinin, ölkəmizdəki dini-mənəvi şəraitin göstəricisidir”-deyə, G.Baxşəliyeva vurğulayıb.