Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti İlir Metaya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya bu ölkənin milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan-Albaniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.”