YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Gələn ilin büdcə layihəsi hazırlanarkən, onun sosialyönümlülüyü ciddi şəkildə nəzərə alınıb

“Son 15 ildə respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlər güclü əsaslara malik dinamik inkişaf edən iqtisadiyyatın yaradılmasını təmin edib. Ölkəmiz Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəflərə nail olmaqdadır. 2004-cü ildən bəri bütün dünya üzrə ümumi daxili məhsul istehsalının artımında ən yaxşı göstəricilərdən biri – 3,2 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan ölkədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edib. İqtisadi sektorda aparılan islahatlar sahibkarlığın inkişafı, qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılması, müasir sənaye quruculuğu, aqrar sektorda yeni yanaşmaların tətbiqi kimi mühüm məsələləri əhatə edir”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bu gün parlamentin iclasında 2019-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

 S.Qafarova bildirib ki, gələn ilin dövlət büdcəsi hazırlanarkən ötən illərin uğurlu təcrübələri və cari ildə Azərbaycanın iqtisadi həyatında baş verən mühüm hadisələr nəzərə alınıb. Həmçinin iqtisadi inkişaf meyilləri, növbəti il üçün proqnozlar büdcə tərtibi zaman əsas götürülüb. Azərbaycanın qarşıdakı illərdə daha sürətli inkişaf meylləri əldə edəcəyinə dair proqnozlar özünü doğrultmaqdadır. Bu, gələn ilin dövlət büdcəsinin 3,5 faiz olmaqla gəlirlərinin və 7,3 faiz olmaqla xərclərinin artmasında da ifadə olunur. Onun sözlərinə görə, büdcə layihəsi hazırlanarkən, onun sosialyönümlülüyü ciddi şəkildə nəzərə alınıb. Sosial xərclərin gələn ilin büdcə layihəsində üstünlük təşkil etməsi Prezident İlham Əliyevin sosial sahənin prioritetliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlara əməl olunmasının təsdiqidir.

“Bu həm də onu deməyə əsas verir ki, gələn ilin dövlət büdcəsi layihəsi də hazırlanarkən əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Xatırladım ki, gələn ilin dövlət büdcəsindən təhsil, elm, səhiyyə, mədəniyyət, sosial müdafiə və digər sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcənin 33,4 faizini təşkil edir. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət və idman sahələri ilə bağlı infrastruktur layihələri üçün maliyyə təminatı yaradılacaq”-deyə, deputat qeyd edib.