YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanın xarici siyasətində digər ölkələrlə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq qurmaq əsas amillərdən biridir

“Azərbaycanın xarici siyasətində  digər  ölkələrlə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq qurmaq əsas amillərədn biridir”. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadə  bildirib ki, Azərbaycan və Türkmənistan xalqları eyni taxiri köklərə sahibdir.

“Hal-hazırda çox böyük bir perspektiv var ki, Azərbaycan həyata keçirdiyi strateji layihələrdə Türkmənistan da iştirak edə  bilər. Türkmənistanın da bu istiqamətdə maraqları var. Fikrimcə, Prezident İlham Əliyevin Türkmənistana səfəri nəticəsində həm iqtisadi, həm enerji, həm də mədəniyyət sahələrində bizim ölkələrimizin əməkdaşlığı genişlənəcək”-deyə, deputat qeyd edib.