Xəbərlər
Gələn il Azərbaycandan 25 ixrac missiyası təşkil olunacaq
Azərbaycanın 2019-cu ildə 10 beynəlxalq sərgidə iştirakı, 25 ixrac missiyası həyata keçirməsi planlaşdırılır.
Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov məlumat verib.
Nazir müavini qeyd edib ki, ixrac missiyaları əsasən ənənəvi bazarlara, qismən isə yeni bazarlara reallaşdırılacaq.