YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tomas Qreminqer: Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərinin konstruktiv məcrada işləmələri son dərəcə vacibdir

Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərinin konstruktiv məcrada işləmələri son dərəcə vacibdir. Bu sözləri ATƏT-in Baş katibi Tomas Qreminqer Moskvada keçirilən brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpa edilməsi barədə sualı cavablandırarkən söyləyib.

Konstruktiv və müntəzəm danışıqlara kömək edəcək ab-havanın yaradılmasının əhəmiyyətini vurğulayan T.Qreminqer deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müəyyən olunmuş format mövcuddur. Minsk qrupunun həmsədrlərinin üçü də oradadır. İndi biz hələlik burada çıxış edirik, onlar həmin regiona səfər edirlər. Düşünürəm ki, Düşənbə görüşü çox böyük müvəffəqiyyətlə keçdi. Bu görüş bütün nümayəndələr arasında etimadı bərpa etməyə imkan verəcək. Ümidvaram ki, ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Milan görüşü həmsədrlərin işinə dəstək göstərdiyimizi ifadə etməyə, habelə bütün tərəfləri bu məsələnin həllinə kömək etmək üçün özündə siyasi iradə tapmağa çağırmağımıza imkan verəcək. Zənnimcə, ritorikanın qızışdırılmasına yol verməmək və təmas xəttində gərginliyi azaltmaq üçün münaqişə tərəflərinin konstruktiv məcrada işləmələri son dərəcə vacibdir. Həmçinin hesab edirəm ki, konstruktiv və müntəzəm danışıqlara kömək edəcək ab-havanın yaradılması üçün bu vaxtdan istifadə etmək son dərəcə əhəmiyyətlidir. Belə ab-hava mürəkkəb, amma uzunmüddətli və hərtərəfli sülh əldə etməkdən ötrü bütün tərəflərin lazımlı kompromislərə gedə bilməsi üçün olduqca vacibdir”.

 

DİGƏR Xəbərlər Arxiv