Xəbərlər
Baş nazir Novruz Məmmədov Astana şəhərinə yola düşüb
Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.