Xəbərlər
QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək
Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sofiyada keçirilən Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclasında məlumat verib.
Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib. Nazir Elmar Məmmədyarov bildirib ki, təşkilata sədrlik dövründə prioritet regionda nəqliyyat qovşağının inkişafı olacaq. Onun sözlərinə görə, Azərbaycan bu müddətdə turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrin inkişafına da xüsusi diqqət yetirəcək.