Xəbərlər
Fransis Delmas: Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı partizanlar əlaqələrimizi əbədiləşdiriblər
Azərbaycanı meriyamızın ərazisində yerləşən, İkinci Dünya Müharibəsi zamanı Kabertat Partizan Hərəkatının məskunlaşdığı məkanda dəfn olunmuş azərbaycanlı partizanların sayəsində qiyabi tanıyırıq. Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı partizanlar əlaqələrimizi əbədiləşdiriblər.
Bu fikri İkinci Dünya Müharibəsində Kabertat Partizan Hərəkatının fəaliyyət göstərdiyi Vaysak kommunasının meri Fransis Delmas söyləyib.
Qeyd edib ki, Azərbaycan ilə əməkdaşlıqda, daha sıx əlaqələrin qurulmasında maraqlıdırlar.
“Əhmədiyyə Cəbrayılovu (Ahmed Mişel) hamı tanıyır, onun şücaətini hamı bilir. Mən onun haqqında müqavimət hərəkatının iştirakçılarından eşitmişdim. Kabertat meşəliyi onların məkanı olub. Burada onlar Fransanın nasistlərdən azad edilməsi uğrunda döyüşüblər. Bu məkanda ümumi xatirə məkanı var, ancaq Ahmed Mişel üçün əlavə stell qoyulub. Onun xatirəsini daim yad edirik”-deyə mer Fransis Delmas bildirib.