YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Ucar rayonunda yol tikintisinə 9,7 milyon manat ayırıb

Oktyabrın 26-da Prezident İlham Əliyev “Ucar rayonunun Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən 36 min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.