Xəbərlər
Elmar Məmmədyarov: Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsi nəzərdə tutulur: "Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".