Xəbərlər
Dilarə Cəbrayılova: Ölkəmiz inklüziv inkişaf sahəsində yüksək mövqe qazanır
“Müstəqil Azərbaycanın inkişafının son on beş illik tarixi bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır”. Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
D.Cəbrayılova bildirib ki, ölkə başçısının "Neft kapitalını insan kapitalına çevirməliyik!" şüarı cəmiyyət həyatında uğurla öz əksini tapır. Onun sözlərinə görə, ölkəmiz bu il inklüziv inkişaf sahəsində dünyada yüksək mövqe qazanıb.
“Davos İqtisadi Forumunun dəyərləndirmələrinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yeri tutur. Bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq, onların arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan bir çox dövlətlərdən öndədir”-deyə, deputat qeyd edib.