Xəbərlər
Milli Məclisin iclasında bır sıra qanunlara əlavə və dəyişikliklər edilib

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. İclasda bır sıra qanunlara əlavə və dəyişikliklər haqqında qanun layihələri ikinci oxunuşda qəbul olunub.
Belə ki, millət vəkilləri Mülki, Cinayət, İnzibati Xətalar məcəllələrinə, "Banklar haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara dəyişiklikləri ikinci oxunuşda qəbul ediblər.
İclasda həmçinin "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi də ikinci oxunuşda qəbul olunub.