Xəbərlər
Azər Badamov: Üçüncü dövlət proqramının icra nəticəsində qarşıda duran məsələlər tamamilə həllini tapacaq
«Ötən dövr ərzində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
A.Badamov bildirib ki, bu ilin doqquz ayında 100 mindən çox yeni iş yeri yaradılıb. Onun sözlərinə görə, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb.
«Bölgələrdə infrastruktur layihələri uğurla icra edilib və bu proses davam edir. Regionlarda aparılan geniş quruculuq işləri və yeni istehsal obyektlərinin aşılması insanların işlə təmin edilməsinə, məşğulluğun artmasına səbəb olub. Üçüncü dövlət proqramının icra nəticəsində qarşıda duran məsələlər tamamilə həllini tapacaq»- deyə, A.Badamov qeyd edib.