Xəbərlər
Doqquz ayda Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 22 milyard dollardan çox olub

2018-ci ilin yanvar-sentyabr ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 22 milyard 180 milyon 221 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, doqquz ayda ticarət əməliyyatlarının ümumi həcminin 7 milyard 905 milyon 192 min ABŞ dolları idxalın, 14 milyard 275 milyon 28 min ABŞ dolları isə ixracın payına düşür.