YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Zatulin erməni maraqlarının müdafiəçisinə çevrilib

“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Lakin erməni lobbisinin direktivləri əsasında fəaliyyət göstərən şəxslər bu münasibətlərin pozulmasında maraqlıdırlar. Məhz Konstantın Zatulin də belə şəxslər sırasında yer alır. Onun fikirləri, eləcə də bundan öncə yol verdiyi qanunazidd hərəkətlər bu şəxsin konkret olaraq erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərdiyini nümayiş etdirir.  Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq cəhdləri yolverilməzdir və iflasa məhkumdur. Ermənipərəst Zatulin və onun kimilər məqsədlərinə çata bilməyəcəklər". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, K. Zatulinin siyasi fəaliyyətinin "ştrixləri" Azərbaycan və dünya ictimaiyyətinə tam çılpaqlığı ilə aydındır: "O, bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimdə keçirilən "parlament seçkiləri"ndə iştirak etməklə beynəlxalq qanunvericiliyə zidd addımlar atıb. Bütövlükdə, Zatulin ermənilərin maraqlarının müdafiəçisinə çevrilib". "Zatulinin şəxsi fikirləri Rusiyanın mövqeyini əks etdirmir. Bununla yanaşı, bütün hallarda Rusiya Federasiyası Dövlət Dumasında komitə sədrinin müavininin bu cür aqressiv və cəfəngiyyat xarakterli fikirlər səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna – mahiyyətinə ziddir", - deyə S. Fətəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv