YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistan öz hərbi birləşmələrini torpaqlarımızdan şərtsiz çıxarmalıdır

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından uzun illər keçsə də, təəssüf ki, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmayıb. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin işğalını davam etdirir”. Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyənləşməsində azərbaycanlı icmasının iştirakı mütləqdir. Onun sözlərinə görə, yekun statusa baxılması yalnız 7 ətraf rayonun işğaldan azad edilməsindən və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtmasından sonra mümkündür.

“Azərbaycanın ərazi bütövlüqü danışıqlar movzusu deyil. Bu mövqe  dövlərimizin başçısı tərəfindən dəfələrlə bildirilib. Ermənistan öz hərbi birləşmələrini torpaqlarımızdan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir güzəşt mövzusu ola bilməz”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv