YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri: Əminəm ki, Milli Məclisin payız sessiyası yüksək səviyyədə keçəcək

“Milli Məclis 2018-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Bu dövr ərzində parlamentin 16 iclası keçirilmiş, bu iclaslarda 261 qanun və qərar qəbul edilmişdir”. Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin payız sessiyasının açılışı zamanı deyib.  

O.Əsədov bildirib ki, Milli Məclisin beynəlxalq əlaqələri daha da inkişaf etmişdir. Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə millət vəkillərimiz 38 ölkəyə 90-a qədər səfər həyata keçirmişlər. 57 xarici dövlətin 100-ə qədər nümayəndə heyəti Milli Məclisdə olmuşdur.  Milli Məclisin xətti ilə Bakıda 5 beynəlxalq təşkilatın tədbirləri keçirilmişdir.

“Bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanmış və sizə paylanmışdır. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcəyik. Mən əminəm ki, Milli Məclisin payız sessiyası yüksək səviyyədə keçəcəkdir”-deyə, spiker vurğulayıb.