Xəbərlər
Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub
Bu gün Milli Məclisin iclasında 2018-ci ilin payız sessiyasında qanunvericilik işləri planı geniş müzakirə olunub. Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiqlənib.
Payız sessiyasının qanunvericilik işləri planına Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri, "Azərbaycan Respublikasnının Dövlət bayrağı haqqında, "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında", “Konstitutsiya qanunu layihələri, "Standartlaşdırma haqqında", "Kabel şəbəkəsi haqqında", "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam səntinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında" və digər qanun layihələri daxildir.
Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib.