Xəbərlər
Genişmiqyaslı təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib
Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiqi ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.