Xəbərlər
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb

Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İbrahim Əhməd Öməri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.